"Türkiyə ilə əməkdaşlıq bizim strategiyamızdır” - ERMƏNİ NAZİR

Baxış sayı:
2746

Ukrayna Türkiyə Jandarma Qüvvələrinə məxsus “Mİ-17” tipli 17 helikopterin təmiri və modernləşdirilməsi üçün elan edilən tenderdə qalib gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, tenderin qiyməti 40 milyon dollardır.

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov deyib ki, helikopterlər Ukraynanın Konotop aviatəmir zavodunda modernləşdiriləcək.

“Aviasiya vasitələrinin təmirində unikal təcrübəmiz var. Türkiyə ilə əməkdaşlıq bizim strategiyamızdır”, - deyə A.Avakov bildirib.