​Türkiyə ilə körfəzdə əməkdaşlığa hazırıq - İran

Baxış sayı:
5290

Gəmi və neft tankerlerinin təhlükəsizliyinin təmini üçün Türkiyə ilə Ədən körfəzində əməkdaşlığa hazırıq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İranın Baş Qərargah rəhbərinin müavini Həbibullah Sayari çıxış edib.
Sayari bildirib ki, Türkiyə təhlükəsizliyin təmini üçün körfəzdədirsə, əməkdaşlığa hazırıq.
Qeyd edək ki, fevralın 6-da TBMM Türkiyənin hərbi gəmilərinin daha bir il müddətinə Ədən körfəzində xidməti etməsi üçün qərar verib.