​Türkiyə ilə İsrail arasında “buzlar əriyir”

İsraillə Türkiyə arasında yaxınlaşmanın İsrail üçün müsbət iqtisadi nəticələri olacaq.
“Jerusalem Post”un verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu ötən gün Romada ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra açıqlamasında bildirib.
O qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinə dair 6 ildən sonra elan edilən razılaşma çox vacibdir addımdır.
Xatırladaq ki, iyunun 25-də İsrail və Türkiyə 2010-ci ildə Qəzza zolağına gedən “Mavi Marmara” gəmisində olan 10 tük vətəndaşının öldürülməsi ilə bağlı pozulmuş münasibətləri normallaşdıraq barədə qərara gəlib.