“Türkiyə ilə gərginliyi azaltmağı başaracağıq” - Yunan Müdafiə naziri

Baxış sayı:
7570

Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyə ilə Müdafiə Nazirlikləri heyətləri arasında davam edən görüşmələrlə bağlı, 'Biz bu kanalları açıq saxlayacağıq və ən yaxşı nəticəni almaq üçün səylərimiz davam edəcək' deyib.
 
Görüşmələrin və səylərin yaxşı bir atmosferdə irəlilədiyini ifadə edən Apostolakis, "Bu (güvən artırıcı) tədbirlərin tətbiq olunmasıyla Egey dənizindəki gərginliyi azaltmağı bacaracağıq və bir qəza və ya nəzarətdən çıxa biləcək bir qarşıdurma hadisəsi üçün narahatlıqları ortadan qaldıra biləcəyik" deyib.
Müxalifət.az