Türkiyə ilə görüş barədə məlumat verə bilmərik, çünki... - Çemezov

Baxış sayı:
10261

Türkiyə ilə əldə edilən razılaşmaya əsasən, S-400 raket əleyhinə müdafiə sistemləri 2019-cu ilin sonuna qədər başa çatacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya müdafiə sənayesi şirkəti "Roşte"in rəhbəri Sergey Çemezov bildirib.
"Hər kəsi bu işə sövq edəcəyik. Müqaviləni imzaladıq və təhvilverməni ilin sonuna qədər başa çatdıracağıq. İndiki siyasi durum açıq çıxışlara imkan vermir. Çünki hər hansı bir ölkə ilə aparılan müzakirələr barədə məlumat vermək, o ölkəni çətin durumda qoyur. Bu səbəbdən Türkiyə ilə görüşlərimizi səssiz-səmirsiz aparmağa çalışırıq", - Çemezov deyib.