“Türkiyə ilə danışıqları dayandırmayacağıq” – Merkel

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması barədə danışıqların dayandırılmasına dair qərar Aİ-nin Brüsseldə keçiriləcək sammitində qəbul olunmayacaq.
 
Bu barədə Merkel Almaniya hökumətinin saytında yerləşdirilən həftəlik müraciətində bildirib.
"Mən demişdim ki, biz Türkiyə ilə vəziyyəti müzakirə etmək istəyirik və buna görə də Avropa komissiyasından hesabat hazırlanmasını istəmişdik. Təbii ki, biz indi hər hansı bir qərar qəbul etməyəcəyik. Lakin mövcud vəziyyətlə bağlı hansı nəticələrə gələcəyimizə dair həmkarlarımın fikirlərini öyrənmək istəyərdim”./azvision.az