​Türkiyə ilə belə danışmaq doğru deyil - Rus ekspert

Baxış sayı:
5527

Bu, hərbi və siyasi bir ultimatumdur. Türkiyə ilə belə danışmaq doğru deyil. NATO sistemi daxilində ən yaxşı ordulardan biridir. Üstəlik, bu ordu NATO-nun Avropadan üzv olan ölkə əsgərlərinin etdiyi kimi, barlarda oturmur, həqiqətən vuruşur. Əgər ABŞ Türkiyəyə qarşı belə davranırsa, qüsura baxmasınlar. Türkiyə qapını çırpa bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
"Bu əslində diktə və hərbi-siyasi şantajdır. Ankaraya qarşı bu təzyiq tədbirləri faydalıdırmı? Türkiyənin çox böyük müstəqil oyunçu olduğunu nəzərə almaq lazımdır. Bunun başında Rəcəb Tayyib Ərdoğan kimi çox güclü, siyasət baxımından xarizmatik və ən əsası türk cəmiyyətindən böyük dəstək görən bir fiqur dayanır Güman edirəm ki, belə bir siyasətçiyə qarşı bu cür təzyiq tədbirləri ABŞ üçün istənilən nəticələr verməyəcək", - Korotçenko söyləyib.
Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin F-35 proqramından çıxmasını tələb edib.