Türkiyə ilə bağlı qərar Avropa Birliyini “parçaladı” - İngiltərə AB-nin qardaş ölkəyə silah embarqosuna veto qoydu

Baxış sayı:
6544

Muxalifət.az -ın "The Independent" qəzetinə istinadən verdiyi  xəbərə görə, İngiltərə  höküməti Brüsseldə baş tutan Avropa Birliyi (AB) Xarici İşlər Komitəsinin iclasında Türkiyəyə silah satışını dayandırmağa dair təklfinə etiraz edib.
İngiltərənin bu qərarı AB-nin həmin mövzuda  ümumi qərar  almasının qarşısını alıb.
Başda Almaniya və Fransa olmaqla, bir sıra Avropa ölkəsi Türkiyəyə silah embarqosu elan edərkən, İngilis höküməti bu yöndə addım atmaqdan imtina edib.
İngiltərənin bugünkü qərarının Türkiyənin Suriyanın şimalındakı "Barış Pınarı" hərəkatına yönəlmiş mövqeyində də dəyişikliyə səbəb ola biləcəyi bildirilir.  Həmçinin, ölkə mediasındakı xəbərlərə görə, İngiltərə Suriyanın şimalında İŞİD-lə mübarizə koalisiyası çərçivəsində orada saxladığı, ancaq sayı bilinməyən xüsusi təyinatlı hərbçilərini geri çəkməyə hazırlaşır. Bu qərarın verilməsinə ABŞ-ın bölgədəki 1000-ə qədər hərbçisini çıxarmaq addımının təsiri etdiyi vurğulanır.
Bu arada,“Sky News” kanalınını bölgə müxbiri Deborah Haynes İŞİD silahlılarının YPG nəzarətindəki həbsxanalardan qaçmaq ehtimalının olduğunu da bildirib.
Haynes, başda İngiltərə və ABŞ olmaq üzrə, koalisiya ölkələrinin İŞİD yaraqlıları ilə bağlı bir planı olmadıqlarına diqqət  çəkib. O, İŞİD-çilərin YPG-nin öhdəçiliyinə verilməsinin, Ankaranın  xəbərdarlıqlarına baxmayaraq, yenə davam etdirildiyini  deyib.
Haynes Böyük Britaniyanın öz vətəndaşı olan İŞİD yaraqlılarını  geri çəkməmə siyasətinin davam etdirilməməsi gərəkdiyinə  diqqət çəkərək, ölkəsinin bu mövzuda diğər dövlətlərə də başçılıq edəcək şəkildə siyasətini dəyişdirməsi gərəkdiyini yazıb.
Mövzunu bu gün də gündəmdə tutan ingilis jurnalist  YPG-nin bəzi İŞİD-çi hərbçiləri ABŞ-a təslim etməyi rədd etdiyini və kürdlərin terrorçuları ABŞ, Böyük Britaniya və digər koalisiya ölkələrinə qarşı vasitə kimi istifadə etməyə çalışdığını bildirib.
YPG-yə qoşulan ingilislər
Xatırladaq ki, İngiltərədə YPG/PKK-ya qatılan bəzi ingilis vətəndaşları mühakimə olunub, ancaq heç biri cəza almayıb.
Böyük Britaniyanın sabiq müdafiə nazirlərindən John Profumonun PKK/YPG sıralarına qatılan qohumu da keçən il ölkədə həbs olunmuşdu.
Yeri gəlmişkən, PKK 2001-dən bu yana Böyük Britaniyada terror təşkilatları siyahısında olsa da, YPG bu siyahıda  yer almır.
Mərkəzi Londonda olan düşüncə quruluşu Henry Jackson Society öncəki il “Unudulan Əcnəbi  Döyüşçülər: Suriyada  PKK" başlıqlı  məruzə yayınlamışdı.
Terror təşkilatına qoşulan 12 ölkədən 60 əcnəbi haqda açıqlanan məruzədə xüsusilə ingilisdilli ölkələrdən gələnlərin yüzdə 80 faizə yaxın olduğu vurğulanıb.
Muxalifet.az