Türkiyə ilə ABŞ arasında kritik S-400 danışığı

Baxış sayı:
7921

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə naziri vəkili Mark Esper ilə S-400 mövzusu ilə bağlı telefon danışığı aparıb.
 
Telefon danışığında, F-35 döyüş təyyarəsi proyektinin öz yolunda irəliləməsinin lazım olduğunu, Türkiyənin proyektin ortağı olduğunu vurğulayan Akar, Türkiyənin F-35 və S-400 sistemlərinin ola biləcək qarşılıqlı təsiri mövzusunda NATO-nun da daxil ola biləcəyi iş qrupu təklifinin hələ də qüvvədə olduğunu qeyd edib.
 
'Türkiyənin duruşu dəyişmədi'
 
Türkiyənin duruşunun dəyişmədiyini, F-35 mövzusundakı bütün öhdəiliklərin yerinə yetirildiyini vurğulayan Akar, S-400 alışı ilə strateji duruşda dəyişiklik olmadığını, iki ölkə arasındakı əlaqələrin zərər görməsinin nə Türkiyənin, nə ABŞ-ın, nə də NATO-nun mənfəətlərinə xidmət edəcəyini vurğulayıb.
 
ABŞ heyəti Türkiyəyə gəlir
 
Bundan başqa, danışıqda Suriyada təhlükəsiz bölgə yaradılması mövzusunda önümüzdəki həftə ABŞ heyətinin təcili olaraq Ankaraya göndərilməsi mövzusunda razılaşma əldə edilib.
Müxalifət.az