Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: TERRORUN ARXASINDAKI ADAM HƏBS EDİLƏCƏK

ABŞ-ın İŞİD və PKK ilə tərəfdaşlığı Rakkada Təhvil-təslim səhnəsində ifşa oldu.
 
AXTARILAN TERRORÇULARA QUCAQ AÇDILAR
 
İraq işğal olunandan sonra bölgəyə təyin olunan və ABŞ-ın İŞİD-lə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi sifətilə müstəmləkə valisi kimi hərəkət edən Brett Makgurkün PKK-ya verdiyi hər cür silah və maddi-texniki dəstəklə İŞİD-ə meydan açan əməlləri həm Suriyada, həm də Türkiyədə yüzlərlə şəhid verməyə səbəb olub. Hər kəsin gözü qarşısında baş verən proseslərin ardından son olaraq Türkiyədə “canlı bomba” partlayışlarında barmağı olan və 300-dən çox adamın ölümündən məsul tutulan terrorçuların Rakkadan çıxarılan terrorçular arasında olduğu bildirilir. Terror yuvası olan Qəndildən PKK-nı idarə edən onlarca terrorçunun Suriyada ABŞ tərəfindən qorunub, saxlanması da həm terror təşkilatlarına yardım edən ölkələrə, həm də bu yardımı faktiki olaraq həyata keçirən vəzifəli şəxslərə yönəlik hüquqi sanksiyaları gündəmə gətirib.
 
HÜQUQİ SANKSİYA TƏTBİQ OLUNSUN
 
"Bu adamların qaçırılması təkcə Türkiyənin problemi deyil, bütün dünyanın problemidir" deyərək reaksiya göstərən Türkiyə hüquqşünasları, PKK-İŞİD təhvil-təslim səhnəsini idarə edən Brett Makgurkun Türk Ədliyyəsi tərəfindən cəzalanacağını bildirir. Hüquqşünaslar, Türk Cəza Qanunu əsasında təşkilat daxilindəki funksional sistemə daxil olmamaqla birlikdə, təşkilata bilərək və istəyərək yardım edən şəxsin təşkilat üzvü kimi cəzalandırıla biləcəyini ifadə edir. Terror təşkilatına yardım etmə cinayətinin harada işlənirsə, işlənsin dövlətin bu insanları mühakimə edə biləcəyini bildirən hüquqşünaslar, bu cinayətin bir xarici vətəndaş tərəfindən, xarici ölkədə işlənməsi vəziyyətində belə Türk qanunlarının tətbiq olunacağını ifadə edir. Hüquqşünaslar həmçinin Türkiyənin Birləşmiş Millətlər (BMT) yanında təşəbbüs etmə hüququnun olduğunu da ifadə edir.

Müxalifət.az