​Türkiyə hərəkətə keçdi: Afrin bombalandı - FOTO

Baxış sayı:
1161

Suriya sərhədində hazır vəziyyətə gətirilən Türkiyə ordusu PKK/PYD terrorçularının əlində olan Afrinə 10 top atəşi atıb.
Muxalifət.az xəbər verir ki, Afrin atəşə tutulduğu vaxtda Azad Suriya Ordusunun (ASO) qüvvələri avtobuslarla Suriyaya daşınıb.
Məlumata görə, 20 avtobusdan ibarət döyüşçü Öncüpınar sərhəd-keçid məntəqəsindən Suriyanın Azez bölgəsinə keçirilib.