Türkiyə hərbi texnikaları İdlib sərhədində: MÜHARİBƏ BAŞLAYIR?

Türkiyə ordusu Suriyanın İdlib şəhərinə daxil olmağa hazırlaşır.
Muxalifet.az xəbər verir ki, İdliblə sərhəd olan Hatay bölgəsinin Reyhanlı rayonunda hərbi fəallıq müşahidə edilir.
Türkiyəyə məxsus hərbi texnikalar, desant qoşunları, zirehli personal, hərbi tibbi avtomobillər Reyhanlıya yerləşdirilib.
Qoşunlar sərhəd xəttində məntəqələrə yerləşdirilib, yüksək səviyyəli hərbi rəsmilər də sərhəd məntəqələrini ziyarət edib.