​Türkiyə hərbi dairələri təkzib etdi: Yunan qırıcısı...

Baxış sayı:
3406

Egey dənizində Yunanıstana məxsus Miraj 2000 tipli qırıcı qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Yunanıstan mediası qəzaya uğrayan qırıcının türk təyyarələrinin qarşısını almaq üçün Egey dənizində yerləşdirilən donanmaya aid olduğunu yazıb.
Hələ ki, hadisə ilə bağlı əlavə məlumat verilmir.
Türkiyənin hərbi dairələri yunan qırıcısının türk qırıcıları ilə gərginlik yaşadıqdan sonra qəzaya uğraması ilə bağlı məlumatları təkzib edib.
“Həmin an ərazidə türk qırıcıları yox idi”, - deyə məlumatda bildirilib.