Türkiyə Hollandiya jurnalistini niyə ölkədən çıxardı? – SƏBƏB

Baxış sayı:
7036

Türkiyədə Prezidentliyin ictimai əlaqələr üzrə rəhbəri Fəxrəddin Altub, Hollandiyalı jurnalistin bu səhər deportasiya edilməsinə dair Hollandiyadan gələn kəşfiyyat məlumatından sonra hərəkətə keçdiklərini bildirərək, bu ölkə kəşfiyyatının etibarlılığını mühakimə etməyəcəklərini bildirib.
 
Altun sosial media hesabı Twitter-də etdiyi bölgüdə, "Hollandiya Türkiyəyə bu gün deportasiya edilən jurnalistin terror təşkilatı “Nusra Cəbhəsi” ilə əlaqəli olduğunu deyib. Hollandiyadan gələn kəşfiyyat məlumatından sonra hərəkətə keçdik və ehtiyat tədbir aldıq" deyə qeyd edib.
“Əgər etibarlı xarici bir dövlətin kəşfiyyatı sizə vətəndaşlarından birinin terrorla əlaqəli olduğunu deyirsə, riskə getməyəcəksiniz" İfadəsini işlədən Altun, "Elə bir nəticəyə nə üçün gəldiklərini açıqlayacaq olan Hollandiyalı səlahiyyətlilərdir. Onların kəşfiyyatının nə qədər etibarlı olduğu ilə bağlı şərh verməyəcəyik" deyib.
Qeyd edək ki, Altun hadisəyə dair verdiyi ilk açıqlamada, Türkiyədə Hollandiyanın “Het Financieele Dagblad” qəzetinin müxbiri kimi fəaliyyət göstərən Johanna Cornelia Boersma-nın bu səhər deportasiya edildiyini açıqlamış, "Aidiyyatı orqanlarımızla bir müddət öncə Hollandiya polisi tərəfindən kəşfiyyat mübadiləsi aparılaraq jurnalistin bir terror təşkilatıyla əlaqəli olduğu məlumatı verilib. Tərəfimizdən şəxsin Türkiyəyə giriş və çıxışları haqqında məlumat tələb edilmişdir" deyə bildirilmişdi.
Altun deportasiya edilməsininjurnalistin Türkiyədə həyata keçirdiyi jurnalistika fəaliyyətləri ilə əlaqəsi olmadığını vurğulamışdı.
Müxalifət.az