​Türkiyə hökumətinin SÖZÇÜSÜ: “Terrorçular ABŞ-ın verdiyi silahları Afrində atıb qaçıblar”

Baxış sayı:
2218

“Afrin azad edildikdən sonra oradan ABŞ-ın terrorçulara verdiyi silahlar götürülüb”.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.
“Terrorçular oradan könüllü çıxmayıblar, qorxub, silah-sursatı ataraq qaçıblar. ABŞ-ın terrorçulara verdiyi silahların bir hissəsi götürülüb. Afrində işimiz hələ başa çatmayıb”, - deyə o, vurğulayıb.