​Türkiyə heç kimin bilmədiyi əməliyyat aparır - Nazir

Baxış sayı:
5059

Türkiyə Antarktidada elmi baza qurmaq üçün çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Faruk Özlü deyib.
“Türkiyə Afrində əməliyyat aparır. Öz təhlükəsizliyini qorumaq üçün... Digər tərəfdən də Türkiyə Antarktidada heç kimin bilmədiyi əməliyyatlar aparır. Elmi baza yaradırıq. Son bir neçə ayda bizim göndərdiyimiz alimlər bu bazanın qurulması üçün araşdırmalar aparır. Burada məqsədimiz Antarktidanın gələcəyində Türkiyəni söz sahibi etməkdir”, - deyə nazir bildirib