Türkiyə həddini bildirdi! Amerikalı polkovnik üzr istədi

Baxış sayı:
4684

ABŞ rəhbərliyindəki İŞİD Əleyhinə Koalisiyanın sözçüsü polkovnik Sean Ryan Türkiyə Silahlı Qüvvələrinin (TSQ) "terrorçu" olduğu iddiasında olan terror təşkilatı PKK tərəfdarı bir hesabın sosial mediada paylaşmasından sonra Türk orqanlarının dövrəyə girməsi ilə Türkiyədən üzr istəyib.
 
ABŞ rəhbərliyindəki koalisiyanın sözçüsünün qalmaqal Twitter bölgüsü isə böyük təpkiyə səbəb olub.
 
TÜRK RƏSMİLƏRİ MÜDAXİLƏ EDİB
 
Qısa bir müddət sonra qalmaqal paylaşmanı silən Sean Ryan, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türk rəsmilərin müdaxiləsindən sonra üzr istəyib.
 
“XAHİŞ EDİRƏM, ÜZRÜ QƏBUL EDİN”
 
Polkovnik Ryan koalisiyanın rəsmi Twitter hesabından verdiyi açıqlamada, "Rəsmi rəhbərimlə, koalisiya tərəfdaşımız və İŞİD-ınməğlubiyyətə uğradılması missiyasında əsas bir müttəfiq olan Türkiyəni təhqir edən bir statusu səhvən paylaşdım. Hörmətsizlik etmək məqsədim yox idi. Birgə təhlükəsizlik məsələsində vəzifəmiz var və İŞİD-ın məğlubiyyətə uğradılması missiyasına bağlıyıq. Xahiş edirəm, üzrü qəbul edin" deyə qeyd edib.
Qeyd edək ki, Ryan Türkiyə Silahlı Qüvvələrinin "terrorçu" olduğu iddiasında olan PKK tərəfdarı bir sosial media istifadəçisinin Türk snayperlərinin Suriyanın şimal şərqində məktəbə gedən uşaqları hədəf aldığını və Amerikan xüsusi qüvvələrinin isə uşaqları qoruduğu yalanını paylaşmışdı.
Müxalifət.az