Türkiyə həbsxanalarında 40 ölkədən əcnəbi "İŞİD" üzvü var

Baxış sayı:
6139

Türkiyə əcnəbi İŞİD terrorçularını ölkələrinə göndərmək məsələsini qaldırır və bu, avropalıları narahat edir. Türkiyə həbsxanalarındakı 1172 İŞİD-çidən 750-si əcnəbidir. Bunlar Böyük Britaniya, Fransa, Almaniya, İsveç, İsveçrə, Belçika, ABŞ və Rusiya da daxil olmaqla 40 dövlətin vətəndaşlarıdır. Muxalifet.az bu barədə "Yeni Akit" nəşrinə istinadla xəbər verir. Suriyanın şimalını terrorçulardan təmizləmək üçün Türkiyənin "Sülh mənbəyi" əməliyyatının başlaması ilə terrorçuların vəziyyəti də gündəmə gəldi. Avropa İŞİD-in dirçəlməsinə səbəb olacağı bəhanəsi ilə bu əməliyyatı ləkələməyə çalışır. Qərb ölkələri nəinki öz vətəndaşlarını - İŞİD sıralaından geri qaytarmaq üçün konkret addımlar atmır, əksinə vətəndaşlıqdan məhrum etməyə çalışaraq geri qayıtmalarına mane olurlar. Türkiyə isə bəyan edib ki:" İstəyirsiniz məhrum edin, istəyirsiniz yox, bizdə olan İŞİD-çiləri öz ölkələrinə göndərəcəyik". Türkiyə Suriyada tutulan və ya Türkiyədəki həbsxanalarda olan xarici terroristləri evlərinə göndərməyə qərarlıdır. Məlum oldu ki, Türkiyə həbsxanalarında olan İŞİD terrorçularının xeyli hissəsi həbs cəzasına məhkum edilib və cəzaları ya son, ya da müraciət mərhələsindədir. Ədliyyə Nazirliyi, mövcud qanunvericilik çərçivəsində hökm oxunmuş terrorçuların cəzalarını öz ölkələrində çəkmələrini təmin etmək üçün çalışır. Hələ həbs cəzasına məhkum edilməmiş terrorçuların isə məhkəmələrinin öz ölkələrində baş tutması üçün lazım olan hər şey ediləcəkdir. Avropada Türkiyənin belə qətiyyətli mövqeyi çaxnaşmaya səbəb olur. Məlumata görə, Türkiyədəki həbsxanalarda İŞİD-in 1172 üzvü var. Bunlardan 750-si əcnəbi, onlardan 22-si qadındır. 750 əcnəbi terorçu 40 ölkənin vətəndaşıdır, bununla belə tutulanların çoxu Suriya və İraqdan gələnlərdir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, İsveç, İsveçrə, Kanada, Rusiya, Ermənistan, Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi ölkələrin İŞİD üzvü terrorçu vətəndaşları Türkiyə həbsxanalarında üstünlük təşkil edir. Muxalifet.az