Türkiyə Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyir

Baxış sayı:
7648

Ankara Şimali Atlantik Alyansın (NATO) Şərqi Avropa və Cənubi Qafqazda genişlənməsini dəstəkləyib, bu barədə Türkiyənin XİN başçısı Mevlut Çavuşoğlu bildirib.
"Türkiyə NATO-nun genişlənməsini dəstəkləyir, Gürcüstanın, Bosniya və Herseqovinanın, habelə Makedoniyanın alyansa daxil olmaq üzrə addımlarını dəstəkləyir", deyə Türkiyə KİV-ləri ondan sitat gətirir.
Xatırladaq ki, martın 10-da NATO Ukraynaya alyansda xüsusi "namizəd ölkə" statusu verib.