Türkiyə G-20 Zirvəsində hansı təklifi edib? – Ərdoğan açıqladı

Baxış sayı:
6487

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələriylə görüşdə, Türkiyənin bölgəsini sabitliyə və təhlükəsizliyə qovuşdurma səyləri səbəbiylə təqdir edilmək yerinə, cəzalandırılmağa çalışıldığını deyib:
 
"Məsələn, Suriya böhranının həlli üçün G-20 Antaliya Zirvəsində bütün liderlərə bir təklifim oldu. Dedim ki, 'Gəlin, Suriya sərhədlərimiz boyunca, bir təhlükəsiz bölgə yaradaq'. Bu bölgəni terrorçulardan tamamilə təmizləyərək ölkəmizə və digər yerlərə sığınan Suriyalıların həyatlarını davam etdirə biləcəkləri bir yer halına gətirməyi G-20 liderlərinə təklif etdim. Hətta bu məqsədlə təhlükəsiz bölgədə Suriya xalqının həyat formasına uyğun yeni məskunlaşma yerlərinin tikilməsi, iqtisadi inkişafa yönəlik addımlar atılması kimi detalları da gündəmə gətirdim. Prinsipdə hər kəs bu işə müsbət baxdığını söylədi, amma təəssüf ki, istisnasız heç bir Qərbli lider bu istiqamətdə konkret hər hansı bir addım atmağa yanaşmadı. Bu vaxt Suriya torpaqlarından Türkiyəyə yönəlik terror təhdidi gedərək artdı. Sərhəd şəhərlərimizə davamlı bombalar, güllələr, raketlər düşməyə başladı. Vətəndaşlarımızdan və təhlükəsizlik əməkdaşlarımızdan həyatlarını itirənlər, yaralananlar oldu. Böyük şəhərlərimizdə partlayan bombalar dincliyimizi pozdu".
Müxalifət.az