Türkiyə futbol millisinin baş məşqçisindən istefa siqnalı

Baxış sayı:
1555

İsveçlə  məğlubiyyətdən sonra gələcəyi istefası gündəmə gələnTürkiyənin futbol milli komandasının baş məşqçisi Mirça Lucescu, Rumın mətbuatına qısa açıqlama verib.
 
Jurnalistin istefa edib etməyəcəyi sualına cavab olaraq Lucescu,  "Çərşənbə günü Ukrayna ilə hazırlıq matçına çıxacağıq. Başqa gənc futbolçuları da sınayacağam. Bu hazırlıq matçından sonra bir şey etmək lazımdırsa, edəcəyəm" deyib.
Qeyd edək ki, Türkiyənin milli komandası Mirça Lucescu-nun rəhbərliyi altında meydançaya çıxdığı 16 oyunda yalnız 4 qələbə qazanıb.
Müxalifət.az