Türkiyə Fəratın şərqində əməliyyata başlayır – ƏRDOĞAN AÇIQLADI

Baxış sayı:
3820

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqinə keçiriləcək əməliyyatın başlayacağını bildirib.
 
Prezident Ərdoğan, "Fəratın şərqini separatçı terror təşkilatından xilas etməyə yönəlmiş hərəkatımıza bir neçə gün ərzində başlayacağımızı demişdik və başlayırıq" deyib.
 
FƏRATIN ŞƏRQİNƏ ƏMƏLİYYAT
 
“Fəratın şərqindəki terror yuvalarını dağıtma qərarımızı həyata keçirmə zamanı gəlmişdir” deyən Ərdoğan, “İndi də terrorçuları təlim verirlər. ABŞ, separatçı terror təşkilatı ünsürlərini sahəyə sürdü. Nə etdiyinizin fərqindəmisiniz? Münbiçdə  inkar edilməz bir baş qatma taktikası tətbiq etdilər. Hələ də tətbiq olunur” deyə söyləyib.

Müxalifət.az