Türkiyə etirafı! PKK/YPG-yə köməyə getdilər

Baxış sayı:
5794

İngilis xəbər agentliyi “Reuters” Əsəd rejiminin Türkiyənin müdaxiləsinə qarşı kürd qruplarla (PKK/YPG) təmasa keçdiyini bildirib.
 
Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad da Əsəd-PKK əməkdaşlığını etiraf edən açıqlama verib.
“Reuters”-in son dəqiqə kodu ilə yaydığı açıqlamada, Mikdad, "Türkiyənin müdaxiləsinə qarşı kürd qruplarla (PKK/YPG) təmasa keçdik. Kürdlərlə dialoqdan başqa alternativ yoxdur" deyib.
 
RUSİYADAN PKK/YPG İLƏ PATRUL
 
Bu açıqlamaların yaşandığı saatlarda Rus əsgərləri PKK/YPG ilə birgə patrul həyata keçirib. Rusiya dünən yenə Münbiçdə patrul həyata keçirmişdi. Bu gün bölgədə təkrar patrula çıxan Ruslar, bu dəfə yanlarına PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrini (SDG) də alıb.
Müxalifət.az