Türkiyə Ermənistanı susuz qoydu - NAZİRLİKLƏR BİR-BİRİNƏ QARIŞDI

Baxış sayı:
9142

Ermənistanın ekologiya naziri Ayser Kazaryan Türkiyənin Araz çayı üzərində inşa etdiyi su anbarları ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, nazir Türkiyənin Araz çayı üzərində inşa etdiyi anbarların çaydakı suyun həcmi baxımından ciddi problemlərə yol açacağını, Göyçə gölündə su qıtlıığı yaradacığını deyib.
Nazir su istehsalı mövzusunda alternativlərin nəzərdən keçirilməsi lazım olduğunu bildirib.
Ermənistan, demək olar ki, hər il Ararat vadisində məhsul yetişdirmək üçün göldən əlavə, su çəkmək kimi problemlərlə qarşılaşır. Bu durum ildən-ilə temperaturun artması ilə daha da bərbad vəziyyət alır. İstiliyin azalmaması səbəbilə məhsul susuzluqdan quruyur, su depoları isə artıq 60-80% boşaldılıb.Bu hal vətəndaş qarşıdurmasına gətrib çıxara bilər
Ermənistanın Enerji və Təbii Qaynaqlar Nazirliyi Su Mənbələri Komitəsinin hesabatına görə, artıq ölkədə su mövzusunda kritik vəziyyət yaranıb. Su qaynaqları tükənib və Göyçə gölündən 40 milyon kub-metr əlavə su götürülməsi üçün işlərə başlanılıb. Təklifin parlament tərəfindən təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Araz çayı mənbəyini Türkiyənin Ərzurum dağlarından götürür, Ermənistan və İran ərazisindən keçərək Azərbaycanda Kür çayına qovuşur.