Türkiyə düşməni “dördlük” İsraildə toplanır

Baxış sayı:
5533

Dənizdə neft və təbii qaz axtarışı ilə bağlı yaxınlaşan Yunan, Yunan Kipri və İsrail liderləri ABŞ-ı də yanına alaraq Qüdsdə toplanır.
 
Qüdsdə sabah İsrail lideri Netanyahu, Yunanıstan lideri Aleksis Çipras və Yunan Kiprinin lideri Nikos Anastasiadis ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun iştirakı ilə iclas keçirəcəklər.
 
STRATEJİ İŞ BİRLİYİ
 
 Üç ölkənin ABŞ ilə birlikdə verəcəkləri qısa birgə bəyanatda, enerji ilə təhlükəsizlik sahəsində strateji iş birliyinin təməlləri atılacaq.
 Vaşinqtonun bu üç ölkə arasında yaranan tandemi siyasi cəhətdən dəstəkləməsi gözlənərkən, bu dəstəyin yalnız siyasi olaraq qalmayacağı şərhləri də verilir.
 
YUNAN İSRAİL DƏSTƏYİNİ ARXASINA ALMAQ İSTƏYİR
 
 Yunan mediası bəyanatda, üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərini dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənərkən, bunun Ankaraya dolayı yolla bir mesaj olacağını da qeyd edib.
Müxalifət.az