​Türkiyə dünyanın əlindən tutacaq robot istehsalına keçir...

Konyada Türkiyənin ilk insanabənzər robot istehsal edən fabriki açılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “sputnik ” agentliyi yayıb.
Bu gün təşkil edilən açılış mərasimində danışan "Akınsoft" İdərə heyətinin başçısı Özgür Akın robotların uşaqların da asanlıqla idarə edə biləcəyi bir şəkildə proqramlaşdırıldığını söyləyib. O bildirib ki, istehsal etdikləri robotlar ticarət mərkəzlərində məhsul tanıtmaq, sərgilərdə broşur paylamaq, avtomobil dayanacaqlarında və hava limanında yol göstərmək, mağazada vitrinlərə nəzarət etmək və xəstəxanalarda xəstələrə baxıcılıq etmək kimi funksiyalara sahibdir. Özgür Akın robotların xanımlara ev işlərində qismən də olsa, kömək edə biləcəyini vurğulayıb.