​TÜRKİYƏ DÜNYA TARİXİNƏ DÜŞDÜ! - BAŞQA HEÇ BİR YERDƏ...

Baxış sayı:
2989

Muxalifət.az xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İngiltərənin “Skay Nyus” kanalına müsahibə verərkən Afrin vilayətinin tamamilə terrorçulardan təmizləndiyini söyləyib. Kalın deyib: “Mühüm bir mərhələ başa çatdı. Əlbəttə, görüləcək işlər bitməyib. Həmin ərazilərin əhalisinə humanitar yardım edirik və xüsusilə də şəhərlərdə, küçələrdə və ya evlərdə mina və ya tələ qurulmamasından əmin olmaq istəyirik. Yeddi ildir ki, müharibə şəraitində yaşayan Suriyanın Cerablus rayonunda ölkənin heç bir yerində olmayan bir addım atdıq. Biz həmin ərazini təmizlədikdən sonra Türkiyədə olan 150 min nəfər suriyalı qaçqını Cerblusdakı evlərinə yerləşdirdik. Afrində də eyni halın təkrarlanmasını istəyirik. Artıq bəzi irəliləyişlər görünür. PKK/PYD-nin təzyiqi ilə Afrini tərk eləməyə məcbur qalmış insanlar geri qayıtmağa başlayıblar. Ərazi tamamilə təhlükəsiz olduqdan sonra qalan qaçqınlar da yurdlarına qayıdacaqlar.
Bir məsələni də vurğulamaq istəyirəm: “Zeytun budağı” əməliyyatını başladığımız zaman bəzi müttəfiqlərimiz və siyasi şərhçilər dinc əhalinin itki verə biləcəyindən narahatlıqlarını bildirmişdilər. Biz çox diqqətli davrandıq və dinc vətəndaşların zərər görməməsinə çalışdıq. Fotolara baxsanız, şəhərlərin heç dağıdılmadığını görərsiniz. Rakka və Mosul kimi yerlərlə Afrin arasındakı fərqi aşkar görəcəksiniz. Hava hücumları məsələsində diqqətli davrandıq. Burada həssas bombalardan istifadə edildi. TSQ və ASO dinc əhalinin, tarixi və dini məkanların zərər görməmələri üçün çox diqqətli davrandı”./Hurriyyet.org