Türkiyə donanması Qətərdə - HƏRBİ TƏLİM

Türkiyənin "TCG Gökova Freqatı" hərbi gəmisi Qətərin paytaxtı Dohanın cənub-şərqindəki Hamed limanına çatıb.
 
214 nəfərdən ibarət donanma Qətər donanması ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
Verilən açıqlamada bildirilir ki, bu təlimlər ekstremizm və terrorla mübarizə üçün Qətər ilə Türkiyə arasındakı hərbi əməkdaşlıq çərçivəsində keçirilir.