​Türkiyə donanması keçmiş Antanta dövlətlərinə qarşı HƏRƏKƏTƏ KEÇDİ - Tarix TƏKRARLANIR

Baxış sayı:
7495

Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin təxribatlarını artıranYunanıstana qarşı əhəmiyyətli bir addım atıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.
Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Ege və Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb. Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından kömək edir.