"Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan CAVAB

Baxış sayı:
285

Biz ən gözəl cavabı meydanda verdik. Bizim ümidsizlər, hər şeyə pis baxanlarımız yenə razı olmazlar. Türkiyə Silahlı Qüvvələri 8 gün ərzində bir möcüzə yaratdı. Təxminən 1 500 kvadrat kilometrlik bir torpaqda 60 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdi.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib.
M.Feyzioğlu hələ də Türkiyədə əməliyyatı qınayanların olduğunu söyləyib:
"Vaşinqton Post"a baxırsınız, "Türkiyə qələbə qazandı" yazırlar, Türkiyədə isə "Türkiyə diz çökdü" deyirlər. Biz müharibə aparmırıq, terrorla mübarizə üçün gedirik. "Sonunda bu işi biz görəcəyik", demişdik".