Türkiyə çox çətin əməliyyata başlayır - Ekspert

İdliblə “Fərat qalxanı” əməliyyatlarını müqayisə etmək yanlışdır.
 
Bu sözləri hərbi ekspert Abdulla Ağar İdlib əməliyyatını şərh edərkən deyib.
“Fərat qalxanı” əməliyatının baş verdiyi ərazidə təxminən 250 min mülki şəxs yaşayırdı. İŞİD-in isə burada sayı 3 min idi. Onların əksəriyyəti də əcnəbilər idi, yəni Suriya torpaqları onların deyildi. İdlibdə isə dinc sakinlərin sayı 2 milyondur. Silahlıların da sayı 20-30 mindir. Nəzərinizə çatdırım ki, bu bölgədəki silahlıların 90 faizi suriyalıdır. Yəni onlar öz torpaqlarında yaşayırlar. Buna görə də İdlib əməliyyatı türk ordusu üçün çox çətin olacaq”, - ekspert bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın İdlib şəhərində əməliyyatlara başlamağa hazır olduğunu deyib./axar.az