Türkiyə cinsi azlıqlara "yaşıl işıq" yandırdı - İNANILMAZ QƏRAR

Baxış sayı:
2035

Türkiyə paytaxtı Ankarada gey-paradların keçirilməsinə icazə verilib.

Publika.az xəbər verir ki, bu barədə “Amnesty International” təşkilatı informasiya yayıb.

Xəbərə görə, Kaos GL fəalları 2017-ci ildən Ankarada LGBT mövzusunda ictimai tədbirlərin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edib.

Aprelin 19-da məhkəmə dinc nümayişlərin keçirilməsi haqqının təmin edilməsini dövlətin öhdəliyi kimi əsas gətirərək Kaos GL fəallarının iddiasını təmin edib.