“Türkiyə bunu işğal olaraq görür” - Türk admiral ABŞ-da açıqladı

Baxış sayı:
6163

 ABŞ-ın paytaxtı Vaşinqtonda Türk İrs Fondu tərəfindən (THO) təşkil olunan paneldə Türkiyənin Dəniz Geosiyasi və ətrafındakı dəniz yataqlarının əhəmiyyəti müzakirə olunub.
 
Təşkil olunan "Türkiyənin Dəniz Geosiyasi" mövzulu paneldə Türkiyədən təqaüddə olan vitse-admiral Cem Gürdəniz çıxış edib.
 
YAŞANAN GƏRGİNLİKLƏR
 
 Türkiyənin Dəniz Geosiyasi və öz dəniz sahəsində yaşadığı təhdidlərə toxunan Gürdəniz, xüsusən Yunanıstan və Kipr Yunan Rəhbərliyi ilə uzun zamandır dənizlərdə baş verən gərginliklərə diqqəti çəkib.
Egey dənizini nümunə göstərən Gürdəniz, Türk ticarət gəmilərinin Yunanıstan və Yunan Kiprinə aid sahil təhlükəsizlik qrupları tərəfindən hər zaman durdurulma riski daşıdığını qeyd edib.
 
YUNAN TƏRƏFİ ADANI SİLAHLANDIRIR
 
Gürdəniz həmçinin, Kipr Sülh Hərəkatından sonra Yunan Kiprinin beynəlxalq müqavilələrə zidd olaraq adanı böyük miqdarda silahlandırdığını dilə gətirib.
Egey dənizi ilə yanaşı, Aralıq dənizində yaşanan gərginliklərin də artmağa başladığını bildirən Gürdəniz, "Şərqi Aralıq dənizi İsrail, Misir və Yunan Kiprinin 1990-cı illərdən sonra dəniz dibindəki qaz ehtiyatlarını kəşf etməsindən sonra çox mürəkkəb bir bölgə halına gəldi" deyib.
 
TÜRKİYƏNİN HÜQUQLARI GÖZARDI EDİLDİ
 
Gürdəniz 2007-də Yunan Kiprinin Türkiyəyə aid sahələrin bir qismini öz bölgəsi elan etdiyini və lisenziyalı bölgələr yaratdığını qeyd edərək “Bu həmlə Türkiyənin qanuni haqlarını gözardı edib və problem yaratdı" deyib.
 
TÜRK XALQI BUNU İŞĞAL OLARAQ GÖRÜR
 
 Türk ictimaiyyətinin gözündə bu vəziyyətin işğal kimi səciyyələndirildiyini qeyd edən Gürdəniz, “Türkiyə ictimaiyyəti digər ölkələrin Türkiyəyə aid olan sularda suverenlik qurmağa çalışdığını görür" deyə söyləyib.
 
TÜRKİYƏ 21-ci ƏSRDƏ DƏNİZÇİLİKDƏ ƏN FƏAL ÖLKƏLƏRDƏN OLACAQ
 
Gürdəniz Türkiyənin hərbi və ticari olaraq dənizçilik sənayesində tutduğu təkana diqqəti çəkərək Türkiyənin 21-ci əsrdə dənizçilikdə ən təsirli ölkələrdən biri olacağını ifadə edib.
Müxalifət.az