Türkiyə buna davam edərsə, sanksiya olmalıdır - Mitsotakis

Baxış sayı:
6697

Ankara Şərqi Aralıqda qayda pozuntularına davam edərsə, Kipr və Yunanıstan AB-nin Türkiyəyə sanksiya tətbiqini təmin etməlidir.
Muxalifet.az xəbər verir ki, bunu Yunanıstanın müxalifət Yeni Demokratiya Partiyasının lideri Kiriakos Mitsotakis deyib. O, Türkiyənin Şərqi Aralıq dənizində qazıntı işləri aparmasının beynəlxalq hüquqa zidd olduğunu söyləyib:
“Türkiyə son aylarda beynəlxalq hüququ heçə sayır və Kiprin müstəsna iqtisadi zonasındakı suveren haqlarını sistematik şəkildə pozur”.
Qeyd edək ki, Türkiyə ötən il “Fateh” adlı qazma gəmisini Aralıq dənizinə göndərmişdi.