Türkiyə bu ölkəyə görə matəm elan etdi

Türkiyə hakimiyyəti Misirdə terror hücumu nəticəsində ölənlərlə bağlı bir günlük matəm elan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti rəsmi açıqlama yayıb.
“Əl Ravda məscidində törədilən mənfur terror hücumu nəticəsində həlak olanların xatirəsinə 1 günlük matəm elan edilib”, - açıqlamada bildirilib.
Qeys edək ki, Misirin Sinay yarımadasının şimalında cümə günü terror aktı nəticəsində 300-dən çox adam həlak olub, 100-dən çox adam yaralanıb.