​Türkiyə bu gedişlə Avropa Birliyinə üzvlüyü “yuxuda görəcək” - Makron

Baxış sayı:
10702

Türkiyənin mövqeyi Avropa Birliyinə (AB) üzvlük danışıqlarını davam etdirilməsinə icazə vermir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Türkiyə tərəfinin mövqeyi danışıqların davam etdirilməsinə şərait yaratmır və mən düşünürəm ki, bu uzunmüddətli prosesdir. Mən bu məsələni artıq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Parisdə müzakirə etmişəm. Yeni əməkdaşlıq parametrlərinin müəyyən edilməsinin vacibliyi vurğulanıb”, - fransız lider vurğulayıb.
Dövlət başçısı onu da əlavə edib ki, miqrasiya sahəsində Türkiyə ilə AB-nin ortaq maraqları mövcuddur.