“Türkiyə Bəşər Əsədi tanıyarsa...” - İsrailli kəşfiyyatçıdan Ankaraya İNANILMAZ TƏKLİF

Baxış sayı:
5566

Türkiyə Suriya lideri Bəşər Əsədin hakimiyyətini tanıyarsa, PKK terror təşkilatı və onun Suriya qolu olan YPG ilə bağlı problem həll edilə bilər.
Bunu İsralin "NATİV" xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi “Rossiya 1” telekanalının canlı efirində deyib.
“Bu gün Suriyada atılması lazım olan ən əhəmiyyətli addım budur: Türkiyə Bəşər Əsədin hakimiyyətini tanımalıdır. Əgər Türkiyə bunu etsə, YPG ilə bağlı problemlər həll edilər və kürdlərin yerləşdiyi torpaqlar Dəməşqin nəzarətinə keçər”, - o bildirib.
Keçmiş kəşfiyyat şefi ABŞ-ın Suriyada məğlub olduğunu vurğulayıb:
“ABŞ-ın Suriya ilə bağlı planlar fiasko ilə nəticələnib. Onlar indi bunun qısasını almağa çalışırlar”./publika/