Türkiyə Böyük Millət Məclisinə TERROR HÜCUMU: İki nəfər...

Baxış sayı:
5338

CHP İstanbul Millət vəkili Mahmud Tanalı ziyarət edəcəyini deyən biri qadın olmaqla, 2 şəxs Məclisin qəbul salonunda əməkdaşlardan biri girov götürməyə cəhd edib. Hərəkətə keçən təhlükəsizlik əməkdaşları dərhal o iki şəxsi təsirsiz hala gətirə biliblər.
 
Prezident Sarayının Əlaqə müdiri Fahrettin Altun hücumla bağlı açıqlama verib. Fahrettin Altun mövzuyla əlaqədar Twitter hesabında etdiyi açıqlamada, "DHKP-C' terror təşkilatının iki terrorçusunun Türkiyə Böyük Millət Məclisində reallaşdırmağa çalışdığı terror aktı birbaşa millət iradəsini hədəf alan bir hücum cəhdidir. Bu terrorçu hərəkətin millətimizə qarşı bütün daxili və xarici əlaqələri aşkar edilərək nəzərə alınacaq. Şər mərkəzli planlaşdırılan bu terror hücumuna qarşı duran və onları təsirsiz hala gətirən təhlükəsizlik güclərimizi təbrik edirəm. Türkiyə heç bir terror təşkilatına keçid verməyəcək və təslim olmayacaq” deyə bəyan edib.
Müxalifət.az