Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi keçirilir

Baxış sayı:
1669

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir.

APA xəbər verir ki, spikerlik uğrunda 5 namizəd mübarizə aparır. Bunlar TBMM-in hazırkı sədri Mustafa Şentop (AK Parti), Haluk Koç (CHP), Erol Katırcıoğlu (HDP), Hüseyin Filiz (İYİ Parti), Erkan Başdır (TİP).

Gizli səsvermənin ilk turunda Mustafa Şentop 324, Haluk Koç 131, Erol Katırcıoğlu 50, Hüseyn Filiz  34, Erkan Baş 9 səs toplayıb. Bu turda heç bir namizəd sədrlik üçün lazım olan 400 səsi toplamadığı üçün seçkinin növbəti mərhələsi keçiriləcək. Həmin mərhələdə də tələb olunan səs toplanmasa, seçkinin 3-cü turu olacaq. 3-cü turda 301 səs toplayan şəxs TBMM sədri olacaq.

Qeyd edək ki, Mustafa Şentopun səlahiyyət müddəti başa çatır.