TÜRKİYƏ BOYKOT ETDİ! - Ərdoğan: “Nobel mükafatının irqçi bir şəxsə verilməsi...”

Baxış sayı:
3421

Türkiyə prezidenti R.T.Ərdoğan 10 Dekabr İnsan Hüquqları Günü ilə bağlı çıxışında builki Nobel mükafatı laureatından da danışıb: “10 Dekabr İnsan Hüquqları Günündə Nobel Ədəbiyyat Mükafatının Bosniya-Hersoqovinada baş vermiş soyqırımı inkar edən və hərbi cinayətkarları müdafiə edn irqçi bir şəxsə verilməsi insan hüquqlarının pozulmasının mükafatlandırılmasından başqa məna daşımayacaqdır”.

Bəlli olduğu kimi, Nobel Ədəbiyyat Mükafatı bu gün Srebrenitsa soyqırımının günahkarı olan hərbi cani Slobodan Miloseviçin yaxın dostu və dəstəkçisi avstraliyalı yazıçı Peter Handkeye veriləcək. Mükafatın kimə verilməsi qərarının açıqlandığı gündən indiyə qədər siyasətçi və yazıçıların etirazları səngimir. Mükafatın ləğv edilməsi üçün yazıçılar və siyasətçilər tərəfindən başladılmış imzlama kampaniyasına indiyə qədər 60 min nəfərdən artıq insan dəstək olub. Ərizənin bu gün Nobel Komitəsinin sədri Anders Ollssona verilməsi planlaşdırılır. Komitəsinin qərarını dəyişməsi tələb olunur.Lakin Ollsson qərarla bağlı tənqidlərə belə cavab verib: “Məqsəd onun özünü yox, fövqəladə ədəbi əsərləri qeyd eləməkdir” bu mükafata ən böyük etirazı Bosniyadakı qətliamda yaxınlarını itirən və qətliamı öz gözləri il görən bosniyalı yazıçı və şairlər ediblər.

Türkiyə iştirak etmir

Türkiyə, Albaniya və Kosova Nobel mükafatı mərasimini boykot ediblər. Türkiyənin Stokholmdakı səfiri Hakkı Emre Yunt, Bosniya-Hersoqovinada baş vermiş soyqırımı inkar edən və imkan düşən kimi keçmiş serb lideri Slobodan Milosevicə heyranlığını izhar edən yazıçının mükafatlandırılması mərasimində iştirak eləməyəcəyini bildirib. İsveç dövlət televiziyası da mükafatlandırma qərarını Türkiyənin pislədiyini xatırladıb, Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabında dərc elədiyi mətni yayıb. Bosniyalı qurbanların yaxınları Handkenin mükafatlandırılması mərasimindən əvvəl Stokholmda etiraz aksiyaları keçirəcəklər.

Qatili mükafatlandıran qurum

Cənab Ərdoğan haqlıdır, bu, həqiqətən də insan hüquqlarının pozulmasının mükafatlandırılmasıdır.

Bu cəhətdən Azərbaycanın da Bosniya ilə ortaq cəhətləri var. 1990-cı il 20 yanvar tarixində Bakıda dinc əhaliyə qarşı soyqırım törətmək əmri vermiş o vaxtkı SSRİ rəhbəri Mixail Qorboçova elə həmin ildə də Nobel Sülh Mükafatı təqdim edilmişdi.