​Türkiyə BMT TŞ-da islahatların aparılmasını tələb edir

Baxış sayı:
3070

Rəsmi Ankara  BMT Təhlükəsizlik Şurasının strukturunda  islahatlar aparmağa çağırıb.
Muxalifet.az xəbər verir ki, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu çıxış edib.
“Dünya təkcə beş ölkədən ibarət deyil. Ancaq BMT Təhlükəsizlik Şurasında indiki halda yalnız beş daimi üzv-dövlət yer alır. BMT TŞ-nın funksiyaları və gündəmlərini bu daimi “beşliyin” maraqları müəyyənləşdirir.
Əslində TŞ-ı dünyaya sülh gətirməli və kütləvi qətliamların qarşısını almalıdır. Ancaq veto hüququ olan üzv dövlət Şuranın öz funksiyasını yerinə yetirməsinə imkan vermir”, - deyə Çavuşoğlu bildirib.