​Türkiyə “Bayraqdar"ı Ukraynaya verir: Yüzlərlə raket...

Baxış sayı:
3229

Türkiyə istehsalı “Bayraqdar TB2” pilotsuz uçuş aparatları Kiyevə silahlarla təchiz edilmiş vəziyyətdə təhvil veriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenkonun müşaviri Yuri Biryukov Feysbuk səhifəsində yazıb.
“Bayraqdar TB2” pilotsuz uçuş aparatları ilə bağlı razılaşma imzalanıb, bu yaxınlarda təhvil veriləcək. Burada yüzlərlə raket, nəzarət stansiyaları və kadr hazırlığı, həmçinin Ukraynada bəzi sistemlərin birgə istehsalına hazırlıqdan söhbət gedir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müqavilə imzaladığını açıqlamışdı.