Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı

Baxış sayı:
2389

Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.

Millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb.

Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır. Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik deyərək” kağızdan hazırlanmış bayrağı cırmışdı.

Bu isə Türkiyə ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdu. (Qafqazinfo.az)