​Türkiyə Baş Qərargahına yeni rəhbər təyin edildi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə Ümit Dündar təyin edilib. Bu məlumatı Türkiyənin baş naziri Binəli Yıldırım verib.
Xəbər verdiyimiz kimi ki, Türkiyə SQ Baş Qərargahının qiyamçılar tərəfindən əsir götürülmüş rəisi Hulusi Akar xüsusi əməliyyat nəticəsində azad edilmişdi.
Ümit Dündarın bu gün prezident Ərdoğanın Atatürk hava limanında verəcəyi mətbuat konfransında iştirak edəcəyi gözlənilir.