​Türkiyə baş konsulunun müavini yoxa çıxıb - 3 gündür ki, Davud Ocaq və həyat yoldaşından xəbər yoxdur

Türkiyənin Yunanıstandakı Gümülcinə Baş Konsulunun müavini Davud Ocaq və xanımı Dərya Ocaq 3 gündür ki, yoxa çıxıb. Məlumata görə, Ocaq bir müddət əvvəl Xarici İşlər Nazirliyi tərəfindən Ankaraya geri çağırılıb.
Hurriyyet.org-un xəbərinə görə, itkin düşən Davud Ocaq konsulluğda çalışan həyat yoldaşı Dərya ilə birgə noyabrın 14-də İqumeniça limanından İtaliyaya yola salınıb. Həmin gündən sonra onlardan heç bir xəbər-ətər yoxdur.
Davud və Dərya Ocaq çütlüyünün 2 övladını da özləri ilə birgə götürüb-götürmədiyi haqda heç bir məlumat verilmir.
Baş konsulun müavininin yoxa çıxması haqda xəbərlər bəzi yunan portallarında üstüörtülü şəkildə əks olunub.