Türkiyə Baş Konsulluğuna hücum!

Baxış sayı:
11455

 Türkiyənin Sürixdəki Baş Konsulu Asiyə Nurcan İpekçi etdiyi açıqlamada, saat 02.51-də Baş Konsulluğa hücum təşkil olunduğunu bildirib.
 
İsveçrədə Türkiyənin Sürix Baş Konsulluğunun binasına kimliyi məlum olmayan adamlarla molotov kokteyli ilə hücum təşkil olunub.
Baş konsul Asiyə Nurcan İpekçi hücuma dair verdiyi açıqlamada, saat 02.51-də Baş Konsulluğa hücum təşkil olunduğunu və təcavüzü hələ üzərinə gütürən bir qrupun olmadığını deyib.
Baş konsul İpekçi polisin hücuma dair üç gənci nəzarətə aldığını bildirdiyini deyərək "Hələ bu şəxslərə dair detalları vermədilər. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcəyini hesab edirik" deyib.
Baş konsulluq binasına hər hansı bir ziyanın dəymədiyini ifadə edən İpekçi, atılan molotof kokteyllərindən birinin yanmadığını, digərinin də dəmir barmaqlıqlara çırpılaraq söndüyünü qeyd edib.
Müxalifət.az