Türkiyə ballistik raketləri kosmosdan məhv edə biləcək

Baxış sayı:
4783

Havadan müdafiə sistemi üçün qısa, orta və uzun vədəli strategiyayla irəliləyən Türkiyə, 2011-də başladığı layihədə 14 ildən sonra kosmos raketlərinə qarşı tam qoruma hədəfiylə irəliləyir. Ballistik raketlərə qarşı peyklə əlaqəli uzun mənzilli havadan müdafiə sistemi isə 2025-ci ildə hazır olacaq. Türkiyə uzun mənzilli havadan müdafiə sistemi ehtiyacının təmin edilməsi ilə bağlı olaraq üç mərhələli bir strategiya müəyyən edib. 14 illik bir planlaşdırmanı ehtiva edən strategiyanın ilk mərhələsində, 2 il davam edəcək müddət ərzində hazır alışla qısa mənzilli konvansiyonal hava təhdidlərinə qarşı təhlükəsizliyin təmin edilməsi məqsəd qoyulur. Hazır alışın tamamlanmasından sonra 2021-dən sonrakı 4 illik müddətdə isə ortaqlıqlar yoluyla Türkiyənin öz uzun mənzilli sistemini inşa etməsi və ballistik raketlərin peyk əlaqəsiylə kosmosdaykən yox edilməsi planlanır. Bu imkanları əldə etməyi sürətləndirmək üçün ‘SAMP-T' sisteminin istehsalçısı fransız-İtalyan konsorsiyumu Eurosam firmasıyla görüşmələr davam edir. Əldə edilən imkanların milli müdafiə sistemi ‘Hisar”a köçürülməsi hədəflənir. Ballistik raketlərə qarşı yüksək irtifa qorumasını peyk əlaqəsiylə təmin edəcək sistemlər üçün SAMP-T ortaq inkişaf etdirmə proyekti çox əhəmiyyətli görülür. Fransız-İtalyan şirkətiylə əməkdaşlıq yolunda getdiyi təqdirdə həm SAMP-T, həm də bu sistemin istifadə etdiyi ASTER raketlərinin ortaq istehsalı planlanır. 14 İLLİK XƏYALA DOĞRU 2011-ci ildə başladılmış yerli və milli havadan müdafiə layihəsi olan ‘Hisar', 14 illik bir işin sonunda kosmosda məhv qabiliyyəti qazanacaq. Alçaq, orta və uzun mənzildə “Hisar”a, Hisar-O və Hisar-U adları altında davam edən proyekt tamamlandığında Türkiyə torpaqları ballistik raketlər və uçan hədəflərə qarşı möhkəm bir qalxana qovuşacaq. Atmosfer üstü uzun mənzilli müdafiə işləri Sipər Proyekti başlığı altında toplandı. Hədəf 2025-ci ildə bu imkanlara çatmaqdır. 14 illik müddətdən sonra havadan müdafiə sistem işlərinə milli peyk və atma sistemlərinin də əlavə olunmasıyla birlikdə böyük nisbətdə yerli imkanlarla çıxarılmış müdafiə qalxanının fəaliyyətə keçirilməsi planlanır. Hələ də test işləri davam edən 15 km mənzilli Hisar-A 2021-də, 25 km mənzilli Hisar-O isə 2022-də TSQ inventarına girəcək. Bundan sonra müdafiə sənayesi şirkətlərinin yeganə gündəmi atmosfer üstü təhdidləri təsirsiz hala gətirəcək yüzlərlə kilometr mənzilli Hisar-U/Siper olacaq. Müxalifət.az