Türkiyə azərbaycanlı iş adamı üçün ABŞ-a rəsmi nota göndərdi

Amerikada görülən məhkəmə işləri əsassız şayiə və yalanlara söykənir.

Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı danışarkən bildirib.
"Türkiyə bu günə qədər ixracında, ticarətində, həm öz hüququna, həm də beynəlxalq hüquqa zidd heç bir hərəkət etməyib", - Yıldırım qeyd edib.
Qeyd edək ki, İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı iş adamı Rza Zərrabın həbsxanadan yoxa çıxması ilə bağlı məlumatlar yayılmışdı. Vəkil Mustafa Doğan mətbuata açıqlamasında onun ölümlə təhdid edilərək yalan ifadə verməyə məcbur edildiyini bildirib. Türkiyə XİN isə rəsmi olaraq ABŞ-a nota göndərib.