​Türkiyə “Avtovaz”ı çökdürdü

Rusiyanın “Avtovaz” şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, 15 fevral 2016-cı ildən etibarən zavodda işləyən fəhlələrin iş müddəti qısaldılaraq 4 günə endiriləcək. İqtisadi böhran üzündən qısaldılan iş həftəsi nəticəsində fəhlələrin maaşında da 20 faiz azalma olub. Şirkətdən bildiriblər ki, qərar “Avtovaz”ın gücləndirilməsi, sosial təminatın qorunub saxlanılması məqsədilə qəbul edilib. Bununla da fəhlələrin kütləvi ixtisarının qarşısı alınacaq. Ehtiyata hissələrini Türkiyədən alan “Avtovaz” Rusiyanın qoyduğu embarqo üzündən problemlər yaşamışdı.