Türkiyə Avropa Birliyini “qorxutdu”: Əndişəliyik

Baxış sayı:
355

Türkiyənin Şərqi Aralıq dənizindəki enerji həmləsi Avropanı narahat edib. Türkiyənin qazma gəmisi “Yavuz”, Karpaz açıqlarına çatmasıyla bərabər Avropa Birliyindən də 'narahatıq' açıqlaması gəlib.
 
Türkiyənin "Milli Enerji və Mədən Siyasəti" çərçivəsində dənizlərdəki axtarış və qazma fəaliyyətlərinin artırılması məqsədiylə TPAO şirkətinin satın aldığı qazma gəmisi “Yavuz” Karpaz açıqlarına çatıb. Bu gəlişmədən sonra Avropa Birliyindən Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətləri ilə bağlı həddini aşan bir açıqlama edilib.
 
'NARAHATIQ'
 
Avropa Birliyi Türkiyənin Şərqi Aralıq dənizinə göndərdiyi ikinci qazma gəmisiylə əlaqədar bir açıqlama edib. Avropa Birliyindən edilən açıqlamada, Türkiyənin Şərqi Aralıq dənizindəki yeni qazma əməliyyatının böyük narahatlıqla qarşılandığı ifadə edilib.
Açıqlamada, bölgədə təzyiqin yüksəlməsinin qəbul edilməz olduğu deyilərkən, Türkiyənin qazma işlərinin Yunan Kiprinin suverenliyini pozduğu mənasını verdiyi bildirilib.
Müxalifət.az